Huawei Pura 80 Ultra – Mobil fotoqrafiyada yeni dövr
Huawei Pura 80 Ultra premium Golden Black dizaynı, güclü performansı və mobil fotoqrafiyada inqilabi kamera texnologiyası ilə fərqlənir. 6.8 düymlük LTPO OLED ekranı 3000 nits parlaqlıqla super aydın görüntü təqdim edir, Kunlun Glass 2-ci nəsil şüşəsi isə gündəlik istifadədə maksimum davamlılıq təmin edir.
Telefon 16 GB RAM və 512 GB yaddaş ilə güclü performans və geniş saxlancla seçilir. Ən böyük üstünlüyü isə 1 düymlük Ultra Lighting kamera və ikiqat periskop telefoto sistemidir – 3.7x və 9.4x optik zoom sayəsində gündüz və gecə mükəmməl detalları çəkmək mümkündür.
5700 mAh batareya, 100W sürətli şarj və 80W simsiz şarj dəstəyi ilə gün ərzində sizi yarı yolda qoymayacaq. IP68/IP69 qorunması sayəsində cihaz suya və toza qarşı etibarlıdır.
Huawei Pura 80 Ultra – güc, zəriflik və peşəkar fotoqrafiya imkanlarını birləşdirən premium seçim.